Gənc energetiklərin innovasiya və ustalıq müsabiqəsinin qalibləri məlum olub
Energetika
- 15 oktyabr, 2025
- 17:15
Hadrutda keçirilən gənc energetiklərin innovasiya və ustalıq müsabiqəsinin qalibləri məlum olub.
"Report"un Hadruta ezam olunmuş müxbirinin məlumatına görə, müsabiqədə birinci yerə "Şuşa", ikinci yerə "Lənkəran", üçüncü yerə isə eyni nəticə göstərərək "Zaqatala" və "Ağsu" komandaları layiq görülüblər.
Qaliblərə mükafatlar təqdim edilib.
Qeyd edək ki, Hadrutda "Azərişıq" ASC-nin yaranmasının 10 illik yubileyinə həsr olunmuş "Yeni nəsil energetiklərin innovasiya və ustalıq müsabiqəsi" təşkil olunub.
Ənənəvi olaraq hər il təşkil olunan yarışda bu dəfə 11 komanda iştirak edib. Müsabiqə çərçivəsində iştirakçılar həm nəzəri-intellektual, həm də praktiki bilik və bacarıqlarını nümayiş etdiriblər.
Son xəbərlər
12:07
Sabah bəzi yerlərə qar yağacaq - PROQNOZ
Ekologiya12:04
İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə12:01
Foto
SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili" mövzusunda tədbir keçirilib
Energetika12:01
Azərbaycan millisinin baş məşqçisi: "Lüksemburqu məğlub etməyə gücümüz çatmadı"
Komanda12:00
Ləğv prosesində olan "Muğanbank"ın ünvanı dəyişib
Maliyyə11:55
ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb
Digər11:54
Banqladeşin sabiq baş naziri və qohumlarının həbs müddəti uzadılıb
Digər ölkələr11:48
Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm"
Komanda11:44