Böyük Britaniya parlamentinin üzvü SOCAR-ın vitse-prezidenti ilə görüşüb
Energetika
- 27 sentyabr, 2016
- 09:09
Bakı. 27 sentyabr. REPORT.AZ/ Böyük Britaniya parlamentinin üzvü lord David Evans Azərbaycana səfəri çərçivəsində Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşüb.
Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Məlumata görə, görüş çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı və bu sahədə gələcəkdə görülə biləcək birgə işlər müzakirə edilib.
Lord D.Evans Azərbaycanda keçirilən ümumxalq səsverməsini - referendumu izləmək məqsədi ilə müşahidəçi qismində Azərbaycana səfər etdiyini bildirib. O qeyd edib ki, referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir və səsvermə prosesini izləyərkən müşahidə etdikləri onda xoş təəssüratlar yaradıb.
Son xəbərlər
00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33
İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
Digər ölkələr23:26
Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib
Komanda23:11
Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib
Digər ölkələr23:00
İran ordusu Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib
Region22:43