Babək Hüseynov: "Gələn il "Abşeron" yatağı ilə bağlı investisiya qərarı veriləcək"

Energetika
  • 25 noyabr, 2025
  • 11:43
Babək Hüseynov: Gələn il Abşeron yatağı ilə bağlı investisiya qərarı veriləcək

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağı ilə bağlı investisiya (FID) qərarı gələn il veriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Bundan öncə "Abşeron" qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarının bu ilin sonuna qədər verilə biləcəyi bildirilimişdi.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti