Azərbaycanın qaz ixracından gəlirləri 22% artıb
Energetika
- 12 sentyabr, 2017
- 14:17
Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 5,182 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 926,776 mln. dollar təşkil edib.
Hesabat dövründə ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,53%, dəyəri isə 22,31% artıq olub.
Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 12,83%-ni təşkil edib.
Son xəbərlər
01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33
İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
Digər ölkələr23:26
Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib
Komanda23:11