Azərbaycan “Premium Euro-95” markalı benzinin idxalını artırıb

Energetika
  • 20 avqust, 2025
  • 12:00
Azərbaycan “Premium Euro-95” markalı benzinin idxalını artırıb

Azərbaycan bu ilin yanvar-iyun aylarında 64 min 791,34 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur.

Hesabat dövründə idxal edilən “Premium Euro-95” markalı benzinin dəyəri 54 milyon 630,31 min ABŞ dolları (artım 1,6 dəfə) təşkil edib.

İdxalın strukturunda 39 milyon 67,2 min ABŞ dolları dəyərində (artım 3,3 dəfə) 46 min 144,39 ton benzin (artım 3,6 dəfə) və ya bütün tədarükün 71,2 %-i Rusiyanın payına düşüb.

Tədarükçülərin ilk üçlüyündə Rumıniya (8 milyon 790,36 min ABŞ dolları dəyərində 10 min 282,16 ton) və Belarus da (1 milyon 173,08 min ABŞ dolları dəyərində 1 min 400,24 ton) yer alıb. Tədarükün qalan həcmi - 1 milyon 173,08 min ABŞ dolları dəyərində 1 min 400,24 ton benzin Bolqarıstanın payına düşüb.

Statistik məlumatlara görə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 1 milyon 202,98 min ABŞ dolları dəyərində (-11,7 %) 981,22 ton "Super Euro-98" markalı benzin (-11,7 %) idxal edilib.

İdxalın strukturunda 361,85 min ABŞ dolları dəyərində 295,15 ton benzin Bolqarıstandan, 294,37 min ABŞ dolları dəyərində 240,11 ton benzin Rusiyadan, 546,75 min ABŞ dolları dəyərində 445,96 ton benzin isə Rumıniyadan tədarük edilib.

Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini 2014-cü il aprelin 1-dən idxal edilir.