Azərbaycanda gələn il dövlət büdcəsində təhsil xərclərinin artırılırması təklif olunur
- 23 oktyabr, 2025
- 14:50

Gələn il dövlət büdcəsindən təhsil xərclərinə 5 milyard 015,9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bu, 2025-ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 %, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 % çoxdur.
Xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2 milyard 414,8 milyon manatı və ya 48,1 %-i ümumi təhsil xərclərinə, 796,1 milyon manatı və ya 15,9 %-i ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 468,2 milyon manatı və ya 9,3 %-i məktəbəqədər təhsil xərclərinə, 94,2 milyon manatı və ya 1,9 %-i orta ixtisas təhsili xərclərinə, 105,5 milyon manatı və ya 2,1 %-i peşə təhsili xərclərinə, 97,1 milyon manatı və ya 1,9 %-i məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,2 milyon manatı və ya 0,6 %-i əlavə təhsil və tətbiqi tədqiqatlara, 1 milyard 011,8 milyon manatı və ya 20,2 %-i təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub.
2025-ci illə müqayisədə ümumi təhsil xərcləri 67,3 milyon manat və ya 2,9 %, məktəbəqədər təhsil xərcləri 0,7 milyon manat və ya 0,2 %, peşə təhsili xərcləri 23,2 milyon manat və ya 28,3 % artımla proqnozlaşdırılıb.