Tramp: Səudiyyə Ərəbistanı 2025-ci ilin sonunadək İbrahim sazişlərinin bir hissəsi ola bilər
Digər ölkələr
- 23 oktyabr, 2025
- 19:02

Səudiyyə Ərəbistanı 2025-ci ilin sonunadək İbrahim sazişlərinin bir hissəsi ola bilər.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində deyib.
"Bəli, mən belə düşünürəm", - o, müvafiq suala belə cavab verib.
D.Trampın sözlərinə görə, Yaxın Şərqdə sülh hökm sürür: "Hesab edirəm ki, tezliklə yeni ölkələr İbrahim sazişlərinə qoşulmağa başlayacaqlar. Mən bunu həqiqətən bilirəm".
O əlavə edib ki, İsrail və Səudiyyə Ərəbistanı yaxın vaxtlarda münasibətlərin normallaşdırılması haqqında saziş bağlaya biləcək. "Düşünürəm ki, buna çox yaxınıq", - ABŞ Prezidenti vurğulayıb.
Son xəbərlər
22:53
Mirzoyan Fransa Senatının sədri ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib
Region22:46
"Fənərbağça" UEFA Avropa Liqasında Almaniya klubuna qalib gəlib
Futbol22:38
Litvanın Müdafiə Nazirliyi: Rusiya təyyarələri ölkənin hava məkanını pozub
Digər ölkələr22:38
Ağ Ev Tramp və Putinin gələcək görüşünü istisna etmir
Digər ölkələr22:31
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
Mədəniyyət siyasəti22:25
Türkiyədə inşaat qəzası zamanı dağıntı olub, xəsarət alanlar var
Region22:15
İƏT İsrailin İordan çayının qərb sahili üzərində nəzarəti bərqərar edən qanunlarını pisləyir
Digər ölkələr22:14
İngiltərə millisinin sabiq qapıçısı 40 yaşında karyerasını başa vurub
Futbol22:09