Belqoroda PUA hücumu nəticəsində 12 nəfər xəsarət alıb

Region
  • 23 oktyabr, 2025
  • 18:31
Belqoroda PUA hücumu nəticəsində 12 nəfər xəsarət alıb

Rusiyanın Belqorod vilayəti və Belqorod rayonu Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb, nəticədə 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov öz teleqram kanalında yazıb.

"Belqorodda dayanacaq kompleksinə dron hücumu olub, nəticədə altı nəfər, o cümlədən yetkinlik yaşına çatmayan bir nəfər xəsarət alıb", - qubernator qeyd edib.

O bildirib ki, Belqorod rayonunda PUA ilə endirilən zərbələr nəticəsində daha altı nəfər xəsarət alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti