İsa Həbibbəyli: Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanacaq

Elm və təhsil
  • 30 sentyabr, 2025
  • 09:41
İsa Həbibbəyli: Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanacaq

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanacaq.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Rəyasət Heyətinin iclasında məlumat verib.

O, Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasından irəli gələn məsələlər haqqında müzakirələr aparıldığını bildirib:

"Sərəncamda AMEA-ya Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə birlikdə görkəmli siyasi və dövlət xadiminin 150 illiyinə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb".

AMEA rəhbəri sərəncamın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti tərəfindən tədbirlər planının hazırlanmasına dair müvafiq tapşırıq verildiyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti