Antonin Minarski yanğın-xilasetmə idmanı üzrə dünya çempionatından gözləntiləri barədə danışıb
- 03 dekabr, 2025
- 12:24
Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının vitse-prezidenti Antonin Minarski 2026-cı ildə keçiriləcək yanğın-xilasetmə idmanı üzrə dünya çempionatında idmançıların yaxşı nəticələr göstərəcəyini gözləyir.
"Report"un məlumatına görə, bu barədə A.Minarski Bakıda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 2026-cı ildə dünya çempionatı Azərbaycanda keçirilə bilər.
A.Minarskinin sözlərinə görə, yanğınsöndürənlər və xilasedicilər bu turnirdə ən yaxşı nəticələri göstərə biləcəklər: "Bu, yanğınsöndürənlərin məsuliyyət, hündürlükdə işləmək bacarığı, yanğınla mübarizə və s. nümayiş etdirdikləri bir idman növüdür. Düşünürəm ki, Azərbaycanda biz ən yaxşı nəticələri görəcəyik".
Qeyd edək ki, bu gün Bakıda Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransı öz işinə başlayıb. İclasda 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək ölkənin təsdiqlənməsi planlaşdırılır. Dünya çempionatınIn keçirilməsi üçün əsas namizəd Azərbaycandır.