Eşqi Bağırov: Bu ildən attestatlar elektron formada təqdim olunacaq

Elm və təhsil
  • 28 aprel, 2026
  • 12:23
Eşqi Bağırov: Bu ildən attestatlar elektron formada təqdim olunacaq

Bu ildən etibarən, attestatlar elektron formada təqdim olunacaq.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov brifinqdə deyib.

O bildirib ki, bu ildən şagirdlər attestatlarını istənilən vaxt onlayn formada əldə edə biləcəklər: "Bu da xoşagəlməz halların qarşısını alacaq".