Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Elm və təhsil
  • 01 sentyabr, 2025
  • 14:21
Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 26-da Gədəbəydə vətəndaşları qəbul edəcək. 

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinləri iştirak edə bilərlər.  

Adları çəkilən şəhər və rayonların sakinləri sentyabrın 15-i (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Məlumata əsasən, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.