Gəncədə avtomobillər toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
- 01 sentyabr, 2025
- 23:12

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində, 1968-ci il təvəllüdlü Ş.Nəsibov, 1986-cı il təvəllüdlü E.Sadıxov və bir qadın həmçinin iki azyaşlı xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
Xatırladaq ki, yol-nəqliyyat hadisəsi şəhərin Nizami Gəncəvi prospektindən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə iki avtomobil toqquşub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektindən qeydə alınıb.
Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.