Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək

Elm və təhsil
  • 07 sentyabr, 2021
  • 11:48
Cari tədris ilindən Azərbaycanda təhsil tələbə krediti veriləcək

"Tələbələr bu tədris ilində təhsil tələbə krediti ala biləcəklər".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

O bildirib ki, tələbələrin qeydiyyatı bitdikdən sonra Təhsil Nazirliyi bu prosesə start verəcək.