Azərbaycanda 6 ali məktəb institusional akkreditasiyadan keçib

Elm və təhsil
  • 16 sentyabr, 2025
  • 11:37
Azərbaycanda 6 ali məktəb institusional akkreditasiyadan keçib

2025-ci təqvim ilinin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirməsi həyata keçirib.

"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qrafikə uyğun olaraq Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib.

Sədr həmçinin bildirib "Məktəbəqədər təhsil" ixtisası üzrə 7 ali təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti