BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil

Elm və təhsil
  • 14 oktyabr, 2025
  • 10:20
BMT rəsmisi: Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil
Vladanka Andreeva

Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil irəliləyişin və təkamülün əsas tərkib hissəsidir:

"Təhsil insanı yaradıcı, uzaqgörən, düşünən və fərqli sahələri birləşdirən bir baxışa sahib edir. Bu da cəmiyyətlərdə bərabərliyi gücləndirir, dövlət siyasətlərinin islahatına dəstək olur. Başqa sözlə desək, təhsil dünyanı dəyişdirən ən güclü vasitədir".

BMT rəsmisi xatırladıb ki, bugünkü tədbir təhsilə yönəlib:

"Bu tədbir BMT-nin 80 illik yubileyinə təsadüf edir. Əsas missiyamız hamı üçün sülh və tərəfdaşlığı təbliğ etməkdir. DİM Dialoqları bizim əməkdaşlıqların ruhunu dəstəkləyir. Bu da bizim fikirlərimizi bölüşməyə imkan yaradır. Bundan sonra da DİM Dialoqları etibarlı mənbə kimi xidmət edəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti