ADDA və GIZ arasında əməkdaşlıq genişləndirilir

Elm və təhsil
  • 03 dekabr, 2025
  • 18:06
ADDA və GIZ arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor vəzifəsini icra edən Eldar Qocayev və ADDA nümayəndələrinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) ölkə üzrə yerli nümayəndəsi və insan resursları üzrə direktoru Mehriban Amirova və rəqəmsallaşma üzrə layihə rəhbəri Bahar Arabova ilə görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə GIZ-in Bakı ofisi ilə yeni əməkdaşlıq istiqamətləri, xüsusilə rəqəmsal təhsil və idarəetmə sahələrində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə edilib.

Tədbirdə çıxış edən Eldar Qocayev ADDA-da tədris və idarəetmə proseslərinin tam rəqəmsallaşdırılmasını nəzərdə tutan strateji hədəflər barədə GIZ nümayəndələrinə məlumat verib. O, akademiyada rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir idarəetmə alətlərinin tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından GIZ ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş çərçivəsində rəqəmsal tədris platformalarının təkmilləşdirilməsi, yeni texnoloji həllərin tətbiqi, eləcə də ADDA-nın idarəetməsinin innovasiyalaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Tərəflər birgə fəaliyyətlərin davamlı və effektiv şəkildə həyata keçirilməsi üçün növbəti addımlar və koordinasiya mexanizmləri barədə razılığa gəliblər.

Görüşdən sonra GIZ nümayəndələri ADDA-nın tədris və texniki infrastrukturu ilə yaxından tanış olaraq, mövcud imkanların nəzərdə tutulan layihələr üçün geniş potensial yaratdığını qeyd ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti