Qubadlı Dövlət Təbiət Yasaqlığının yer quruluşu planı müvafiq qurumlarla razılaşdırılıb

Ekologiya
  • 24 sentyabr, 2025
  • 15:27
Qubadlı Dövlət Təbiət Yasaqlığının yer quruluşu planı müvafiq qurumlarla razılaşdırılıb
Xaliq Mirzəyev

Qubadlı Dövlət Təbiət Yasaqlığının yer quruluşu planı hazırlanaraq müvafiq qurumlarla razılaşdırılıb.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında məlumat verib.

Xidmət rəisi xatırladıb ki, işğal dövründə yasaqlığın ekosisteminə ciddi ziyan vurulub:

"Ərazidə palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkənlərlə zəngin seyrək meşəliklər və kolluqlar mövcuddur. Burada qonur ayı, canavar, çaqqal, tülkü, porsuq, dovşan, həmçinin çil keklik, qırqovul, turac və bildirçin kimi növlər yayılıb".

X.Mirzəyev əlavə edib ki, torpaqlar işğaldan azad edildikdən ərazidə sonra ümumi sahəsi 42 min 997 hektar olan iki dövlət təbiət qoruğu (Besitçay və Qaragöl qoruqları), həmçinin 4 dövlət təbiət yasaqlığı (Laçın, Qubadlı, Arazboyu və Daşaltı yasaqlıqları) mövcuddur.

Son xəbərlər

Bütün Xəbər Lenti