"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Futbol
- 24 sentyabr, 2025
- 17:06
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kobbi Maynu karyerasını İspaniyada davam etdirə bilər.
"Report" xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Barselona" 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Kataloniya təmsilçisi Qavinin zədə səbəbindən 4-5 aylıq sıradan çıxmasına görə yeni oyunçu axtarır. Baş məşqçi Hans-Diter Flik Kobbi Maynunu heyətdə görmək istəyir. Klubun bu transferlə bağlı qışda danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, ingiltərəli futbolçu 2025/2026 mövsümündə "qırmızı şeytanlar"ın heyətində cəmi 166 dəqiqə meydanda olub, dörd matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
22:55
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Region22:51
Şəkidə elektrik cərəyanı vuran 40 yaşlı kişi ölüb
Hadisə22:38
Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB
Hadisə22:19
Əraqçinin Omandan yenidən Pakistana qayıtmasının səbəbi açıqlanıb
Region21:59
Kolumbiyada törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb
Digər ölkələr21:32
Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
Fərdi21:26
Goranboyda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
Hadisə21:03
Tramp İranla danışıqların təfərrüatlarını açıqlayıb
Digər ölkələr20:52