Nigar Arpadarai: İqlim öhdəlikləri bütün səviyyələrdə qanunla təsbit edilməlidir
- 29 sentyabr, 2025
- 17:20

İqlim öhdəliklərini həm beynəlxalq, həm də milli səviyyədə qanunvericilik səviyyəsində təsbit etmək lazımdır.
"Report"un məlumatına görə, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində bildirib.
O qeyd edib ki, ötənil Bakı İqlim Fəaliyyəti Həftəsi ilk dəfə keçirilirdi və o zaman diqqət mərkəzində parlamentarilərin iştirakı olmadan yalnız tematik məsələlər dururdu, bu il isə parlament səviyyəsində - qanunvericilik orqanlarının, parlament diplomatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
"Bu həftə ərzində plenar iclaslar, gənclər proqramları və özəl sektor üçün təşəbbüslər daxil olmaqla 46 sessiya keçiriləcək. Məhz məzmunlu müzakirələr mühüm məsələləri daha dərindən müzakirə etməyə imkan verir", - N.Arpadarai bildirib.