Fatma Yıldırım: Azərbaycan iqlim gündəliyində fəal mövqe tutur

Ekologiya
  • 29 sentyabr, 2025
  • 17:26
Fatma Yıldırım: Azərbaycan iqlim gündəliyində fəal mövqe tutur
Fatma Yıldırım

Azərbaycan qlobal iqlim gündəliyində fəal mövqe tutur.

"Report"un məlumatına görə, bunu deputat Fatma Yıldırım Bakıda İqlim Fəaliyyəti Həftəsində bildirib.

"İqlim dəyişikliyi bu günün ciddi problemidir. Biz təkcə iqlim haqqında deyil, həm də davamlı inkişaf və möhkəm institutların formalaşdırılması haqqında danışırıq. Azərbaycan bu prosesdə fəal mövqe tutur", - o vurğulayıb.

F.Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkə "yaşıl keçidi" milli prioritet elan edib, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərini isə "yaşıl enerji" zonaları kimi təklif edib:

"Bu, təkcə texnoloji yenilikləri deyil, həm də düşüncə tərzinin dəyişməsini ifadə edir. Azərbaycanın COP29-u keçirməsi ölkənin qlobal iqlim gündəliyində fəal və məsuliyyətli iştirakını təsdiqləyir və daha geniş müzakirə üçün imkan yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti