Slovakiya prezidenti konstitusiyada iki cins anlayışını əks etdirən düzəlişləri imzalayıb
- 30 sentyabr, 2025
- 23:32

Slovakiya Prezidenti Peter Pelleqrini konstitusiyaya iki cins - kişi və qadın anlayışını əks etdirən düzəlişləri imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Slovak Radiosu məlumat yayıb.
Dəyişikliklər sentyabrın 26-da Milli Şura (Slovakiyanın birpalatalı parlamenti) üzvlərinin səs çoxluğu ilə qəbul edilib. Onların təşəbbüsü ilə hakim koalisiyada aparıcı partiya olan İstiqamət – Sosial Demokratiya çıxış edib. Onun lideri və baş nazir Robert Fiko qeyd edib ki, düzəlişlər nikah və ailənin, həmçinin şəxsi və ailə həyatının qorunmasında ölkənin suverenliyini gücləndirir.
KİV-in məlumatına görə Slovakiya konstitusiyası mühafizəkar dəyərləri təsbit edir. Evli cütlüklər artıq uşaqları övladlığa götürə bilərlər. Dəyişikliklər, həmçinin uşaqların tərbiyəsində valideynlərin rolunu artırmaq məqsədi daşıyır.