Ramin Məmmədov: Azərbaycanda dini təhsil modelinin təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdəndir

Din
  • 22 oktyabr, 2025
  • 11:07
Ramin Məmmədov: Azərbaycanda dini təhsil modelinin təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdəndir

Azərbaycanda dini təhsil modelinin təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdəndir.

"Report" xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 22-də Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" keçirilən beynəlxalq simpoziumda deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin dini təhsil modeli tolerantlıq və multikulturalizm dəyərlərinə əsaslanır:

"Klassik islam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Sürətlə dəyişən müasir dünyada elmi-texnoloji inkişaf, qloballaşma, informasiya axını, mədəniyyətlərarası əlaqələrin dərinləşməsi yeni fürsətlər yaradır. Lakin bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir".

Son xəbərlər

Bütün Xəbər Lenti