PA rəsmisi: Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, sülh tərəfdarı olan bütün xalqların qələbəsidir
- 24 sentyabr, 2025
- 12:57

Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, sülh tərəfdarı olan bütün xalqların qələbəsidir.
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin məsul əməkdaşı Qoşqar Səlimli Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyaların Anım Gününün 5-ci ildönümünə həsr edilən birgə iclasında deyib.
Onun sözlərinə görə, Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, həm də sülh tərəfdarı olan bütün xalqların qələbəsi hesab edilə bilər:
"Bu zəfər işğal altında olan torpaqlarını azad etmək arzusu ilə yaşayan digər xalqlar üçün də bir mayak, bir ümid işığı oldu. Azərbaycanda yaşayan müxtəlif dinlərin mənsubları bu qələbəni öz zəfərləri kimi qəbul etdilər. Çünki bu uğurda yalnız azərbaycanlı müsəlmanların deyil, digər dini mənsubların da imzası var. Bütün din xadimləri 44 günlük Vətən müharibəsi dövründə fədakarlıqla çalışdılar, şəhid ailələrinin dərdini bölüşdülər, mənəvi dəstək göstərdilər".