Çexiyada şəxsi təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb
Digər ölkələr
- 07 sentyabr, 2025
- 19:24

Praqanın şimal-qərbində yerləşən Letnani meşə-parkında özəl təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Idnes" onlayn nəşri məlumat yayıb.
"Yüngül tipli təyyarənin pilotu uçuşdan qısa müddət sonra texniki nasazlıq aşkar edib və hava limanına qayıtmaq istəyib, lakin buna müvəffəq olmayıb. Hadisə yerində bir kişi və bir qadının cəsədi aşkar olunub", – deyə şəhər polisinin nümayəndəsi Rixard Qrdina bildirib.
Qeyd olunur ki, qəzaya səbəb olan amillərin araşdırılması Praqa kriminalistləri tərəfindən Aviasiya Qəzalarının Peşəkar Araşdırılması İnstitutu ilə birgə aparılacaq.
Son xəbərlər
22:53
ABŞ Qəzza zolağında atəşkəslə bağlı HƏMAS-a yeni təklif təqdim edib
Digər ölkələr22:33
Xaçmazda avtomobilin vurduğu piyada ölüb
Hadisə22:24
Rusiyanın cənubundakı "İlski" neft emalı zavodu Ukrayna tərəfindən sıradan çıxarılıb
Region22:12
Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıb
Komanda21:54
Şəmkirdə ambulansın qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB
Hadisə21:53
Foto
Azərbaycan taekvondoçuları İsveçrədəki turnirdə medallar qazanıblar
Fərdi21:36
Foto
Bakıda VIII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib
Mədəniyyət21:21
Azərbaycan stolüstü tennisçiləri Universiadada gümüş medala layiq görülüblər
Fərdi21:09