Türkiyə Prezidenti: Fələstin dövləti qurulmadıqca Yaxın Şərqə sabitlik gəlməyəcək

Digər
  • 17 noyabr, 2025
  • 21:10
Türkiyə Prezidenti: Fələstin dövləti qurulmadıqca Yaxın Şərqə sabitlik gəlməyəcək

Fələstin dövləti qurulmadıqca Yaxın Şərqə sabitlik gəlməyəcək.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Fələstinə qarşı təhdidlər aradan qalxmadıqca, regionda heç bir dövlət üçün təhlükəsizlik təmin olunmayacaq", - Ərdoğan qeyd edib.

O, Türkiyənin ikidövlətli həll yolunu dəstəklədiyini və bunun üçün çalışdığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti