Sos sakini: Heç kim doğma yurda qayıtmağa tərəddüd etməsin

Digər
  • 16 sentyabr, 2025
  • 09:35
Sos sakini: Heç kim doğma yurda qayıtmağa tərəddüd etməsin
Famlet Gülməmmədov

Keçmiş məcburi köçkünlər doğma yurda qayıtmağa tərəddüd etməsinlər. 

Bunu "Report"un Xocavəndə ezam edilmiş əməkdaşına açıqlamasında rayonun Sos kəndinə qayıdan sakin Famlet Gülməmmədov deyib.

O, uzun müddət tərk etdikləri kəndə qayıtmaq ümidini heç vaxt itirmədiklərini vurğulayıb:

"Artıq ailəmlə birgə ata-baba yurdumuzda qayıtdım. Bütün keçmiş məcburi köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hamı bilsin ki, buralarda yaşayış üçün hər bir şərait yaradılıb. Heç kəs qayıtmağa tərəddüd etməsin".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.

Son xəbərlər

Bütün Xəbər Lenti