Rusiya Xersonda xəstəxananı atəşə tutub, doqquz nəfər yaralanıb

Digər
  • 29 oktyabr, 2025
  • 15:02
Rusiya Xersonda xəstəxananı atəşə tutub, doqquz nəfər yaralanıb

Rusiyanın Ukraynanın Xerson şəhərindəki uşaq xəstəxanasını artilleriya atəşinə tutması nəticəsində dörd uşaq və üç tibb işçisi də daxil olmaqla doqquz nəfər yaralanıb.

"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Xerson Vilayət Prokurorluğu sosial şəbəkədə məlumat yayıb.

"Rusiya Xersonda uşaq xəstəxanasını artilleriya atəşinə tutub, həmin vaxt orada uşaqlar, onların valideynləri və tibb işçiləri olub. İlkin məlumatlara görə, atəş nəticəsində doqquz nəfər xəsarət alıb, onlardan dördü uşaq, üçü tibb işçisidir", - məlumatda qeyd olunur.

Xəstəxananın binasına ciddi ziyan dəyib, partlayışın yaratdığı dalğa yaxınlıqdakı tikililərə də ziyan vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti