Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Bakıya səfər edib

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 10:43
Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Bakıya səfər edib

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Azərbaycan paytaxtına səfər edib.

"Report"un məlumatına görə, bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti