Azər Əmiraslanov: "Vergi Məcəlləsində dəyişikliklər iqtisadi inkişafı sürətləndirəcək"

Biznes
  • 21 noyabr, 2025
  • 11:17
Azər Əmiraslanov: Vergi Məcəlləsində dəyişikliklər iqtisadi inkişafı sürətləndirəcək

Vergi Məcəlləsində ​nəzərdə tutulan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirməyi nəzərdə tutur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə,​ dəyişikliklər Azərbaycan biznesi və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə qeyri-stabillik yaradır, nə də biznesin planlaşdırılmasını çətinləşdirir: "Əksinə, yeni sahələrdə təşviqlər verilməsi vergi yığımı bazasının genişləndirilməsini nəzərdə tutur. Layihədə nəzərdə tutulan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaları təşviq etmək və inzibatçılığı təkmilləşdirmək üzrə istiqamətləri nəzərdə tutur".

"Dəyişikliklər paketi iqtisadi fəallığın artırılmasını təmin edəcək, həmçinin "kölgə iqtisadiyyatı"nın məhdudlaşdırılmasını, vergi-büdcə sistemində sadəliyi və şəffaflığı, daxili istehsalın ixracının stimullaşdırılmasını təmin edəcək", - deyə deputat əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti