Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

Daxili siyasət
  • 20 noyabr, 2025
  • 16:29
Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq - SƏRƏNCAM

Azərbaycanda 7 şəhər üzrə doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılacaq.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkənin yeddi şəhəri üzrə quraşdırılacaq liftlərin sayı 200-dən 207-yə artırılıb. Həmin artım sırf Bakıdakı doqquzmərtəbəli binalara aiddir. Belə ki, paytaxt üzrə bundan əvvəlki siyahıdakı 141 liftin sayı 148-ə çatdırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti