Azərbaycan güləşçiləri İslamiadada günü 3 medalla başa vurublar - YENİLƏNİB

Fərdi
  • 20 noyabr, 2025
  • 19:44
Azərbaycan güləşçiləri İslamiadada günü 3 medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında günü 3 medalla başa vurublar.

"Report"un məlumatına görə, son olaraq bürünc medal uğrunda keçirilən görüşdə qadınlar arasında Nigar Mirzəzadə (68 kq) rəqiblərini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Final qarşılaşmalarında uduzan Ruzanna Məmmədova (62 kq) və İslam Bazarqanov (57 kq) isə gümüş medal qazanıblar.

Sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda qarşılaşmada uğursuz çıxış edib.

Beləliklə güləşçilərimiz günü 2 gümüş, 1 bürünc medalla bitiriblər.

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Qeyd edək ki, digər təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

Son xəbərlər

Bütün Xəbər Lenti