Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi rüşvət almaqda ittiham olunur - YENİLƏNİB

Daxili siyasət
  • 16 oktyabr, 2025
  • 21:54
Müdafiə Nazirliyinin İstirahət evinin rəisi rüşvət almaqda ittiham olunur - YENİLƏNİB

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

"Report"un məlumatına görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.

Həbs qətimkan tədbirinin müddəti 2 ay 20 gündür.

Qeyd edək ki, İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti