Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin olunub
- 03 sentyabr, 2025
- 13:04

Gürcüstan parlamenti Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni rəhbəri vəzifəsinə Mamuka Mdinaradzeni təsdiqləyib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, onun namizədliyi bu gün plenar iclasda səsverməyə çıxarılıb.
Mdinaradzeni 85 deputat dəstəkləyib, əleyhinə səs verən isə olmayıb.
Səsvermədən sonra parlamentin sədri Şalva Papuaşvili Mdinaradzəni təbrik edərək, təhlükəsizlik sisteminin möhkəmlənəcəyinə əminliyini ifadə edib.
"Əminəm ki, Mamuka Mdinaradze Dövlət Təhlükəsizlik Xidmətinin seçilmiş rəhbəri kimi fərqlənəcək və ölkəmizin təhlükəsizlik sistemini daha da gücləndirəcək. Ona yeni vəzifəsində uğurlar arzulayıram", – deyə Papuaşvili bildirib.
Xatırladaq ki, ötən ay Anri Oxanaşvili Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən getdiyini açıqlayıb.