Çin nadir torpaq metallarının ixracına nəzarəti gücləndirəcək

Digər
  • 09 oktyabr, 2025
  • 07:21
Çin nadir torpaq metallarının ixracına nəzarəti gücləndirəcək

Milli təhlükəsizliyi təmin etmək üçün Çin nadir torpaq metalları və əlaqədar ərintilərin ixracına nəzarəti gücləndirəcək.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin saytında aydınlıq gətirilib ki, Çindən belə məhsulları alan xarici şirkət və fiziki şəxslərin Ticarət Nazirliyi tərəfindən verilmiş lisenziyası olmalıdır.

Belə ki, ixrac nəzarəti siyahılarına daxil edilmiş hərbi qurumların müraciətləri, eləcə də kütləvi qırğın silahlarının dizaynı və istehsalı, hərbi potensialın gücləndirilməsi və ya terror fəaliyyəti hesab edilən tapşırıqlar üçün məhsulların tədarükü təsdiq olunmur.

Bu sərəncam 2025-ci il dekabrın 1-dən qüvvəyə minir.

Bundan əlavə, bəzi qabaqcıl mikroçiplərin istehsalında istifadə olunacaq nadir torpaq metallarının ixracı üçün müraciətlər hər bir halda ayrı-ayrılıqda nəzərdən keçiriləcək. Lakin humanitar yardım üçün nəzərdə tutulan təchizat üçün lisenziya tələb olunmur; lakin operatorlar Ticarət Nazirliyinə hesabat verməlidirlər. Bu qərar elan edildiyi gündən qüvvəyə minir.

Son xəbərlər

Bütün Xəbər Lenti