"Azexport" Gürcüstanda satış üçün daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

Biznes
  • 09 oktyabr, 2025
  • 09:41
Azexport Gürcüstanda satış üçün daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı farmasevtika məhsulunun Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim edib.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, son illər Azərbaycanda istehsal olunan qida əlavələri və farmasevtika məhsullarına xarici ölkələrdən maraq əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid məhsullar artıq daxili bazarla yanaşı, ixrac bazarlarında da genişlənməyə başlayıb: "Son təqdim olunan sertifikatlar da göstərir ki, yerli istehsalçılarımız beynəlxalq bazarlarda öz mövqelərini möhkəmləndirirlər".

Sərbəst Satış Sertifikatını ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına əsasən, "Azexport" təqdim edir. Sertifikat məhsulun Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanlarının onu sertifikatlaşdırdığını və müvafiq standartlara cavab verdiyini təsdiq edir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin oktyabr ayına qədər 762 adda məhsula Sərbəst Satış Sertifikatı təqdim olunub. Bu sənədin verilməsi "Made in Azerbaijan" brendli məhsulların əvvəllər ixracında çətinliklər mövcud olan Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz regionlarının 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst Satış Sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti