Bakıda yeni cüdo zalı istifadəyə verilib

Fərdi
  • 08 sentyabr, 2025
  • 09:40
Bakıda yeni cüdo zalı istifadəyə verilib

Bakıda yeni cüdo zalı istifadəyə verilib.

"Report"un Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən məlumatına görə, "Lion" klubunun yeni zalının açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov, ACF-in İcraiyyə Komitəsinin üzvü, daxili yarışlar üzrə menecer Ağayar Axundzadə, kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov, tanınmış idmançılar və qonaqlar iştirak ediblər.

Zal ACF tərəfindən müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Ümumi sahəsi 300 kv.m olan məkanda valideynlər üçün gözləmə zonası, eləcə də məşqçi və paltardəyişmə otaqları mövcuddur.

Zalda eyni vaxtda 50 idmançının cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.