AVRO-2029: Azərbaycanın basketbol millisinin ilkin təsnifat mərhələsindəki rəqibləri bəlli olub

Komanda
  • 08 sentyabr, 2025
  • 12:41
AVRO-2029: Azərbaycanın basketbol millisinin ilkin təsnifat mərhələsindəki rəqibləri bəlli olub

Kişi baskebolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri bəlli olub. 

"Report"un məlumatına görə, yığma Latviyanın paytaxtı Riqada baş tutan püşkatmada A qrupuna düşüb. 

Komanda Lüksemburq, İrlandiya və Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksəlir.

Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri hesablanmayacaq