Şöbə müdiri: Azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsi üzrə layihələndirmə yekunlaşır

Daxili siyasət
  • 07 noyabr, 2025
  • 15:27
Şöbə müdiri: Azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsi üzrə layihələndirmə yekunlaşır

Azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri yekun mərhələdədir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov Zəfərin beşinci ildönümünə həsr edilmiş sərgidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində azad edilmiş ərazilərin Ümumi planı, 8 şəhərin Baş planı, habelə Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanmaqdadır:

"Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri təsdiq edilib, 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri isə yekun mərhələdədir. Layihələrə əsasən, həmin məkanlarda yeni yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, ictimai-iaşə obyektləri, muzey və mədəniyyət mərkəzləri tikilir, yol-küçə şəbəkələri, turizm və rekreasiya zonaları və sənaye parkları salınır, enerjiyə qənaət edən tikinti və "ağıllı" infrastruktur həlləri tətbiq olunur".

Şöbə müdiri həmçinin qeyd edib ki, həmin ərazilərdə bu günədək 10 rayonun 30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd) keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə azad edilmiş torpaqlarda 60 minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır.

Son xəbərlər

Bütün Xəbər Lenti