Zelenski və Avropa liderləri Londonda Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə ediblər

Digər ölkələr
  • 08 dekabr, 2025
  • 21:35
Zelenski və Avropa liderləri Londonda Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski Londonda "Avropa üçlüyü" liderləri ilə görüşdə Kiyevin təhlükəsizlik zəmanətlərini və ABŞ-nin sülh təşəbbüsü üzrə danışıqların gedişini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Zelenskinin Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və Fransa lideri Emmanuel Makronla görüşündə Ukraynaya dəstək, həmçinin ölkədə möhkəm və davamlı sülhə sarsılmaz bağlılıq təsdiqlənib.

"Bu, ABŞ təşəbbüsü çərçivəsində (Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə sülh planı – red.) aparılan danışıqların yekunlarını çıxarmaq, həmçinin "istəklilər koalisiyası" çərçivəsində hazırlanmış təhlükəsizlik zəmanətlərini müzakirə etmək imkanı oldu", – deyə məlumatda qeyd edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti