Yeni Aİ büdcəsindən Polşaya hərbi yardım məqsədilə maliyyə ayrılacaq
Digər ölkələr
- 31 avqust, 2025
- 15:51

Brüssel ölkəni Rusiya və Belarusla sərhəddə yerləşən cəbhəyanı dövlət hesab etdiyindən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Polşaya Avropa İttifaqı (Aİ) büdcəsindən "yeni hərbi subsidiyalar" vəd edib.
"Report"un xəbərinə görə, Lyayen bunu ittifaqın yeddi cəbhəyanı ölkəsinə səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib.
"Polşa cəbhəyanı dövlət olduğu üçün Aİ-nin yeni büdcəsindən (Avropa Komissiyasının 2028-2034-cü illər üçün hazırladığı yeddiillik büdcə planı – red.) ona əlavə maliyyə ayıracağıq", - Lyayen bildirib.
O vurğulayıb ki, Avropa Komissiyasının yeddiillik büdcə planına hərbi sərmayələrin beş dəfə artırılması və hərbi mobillik üçün xərclərin onqat artırılması daxildir.
Son xəbərlər
10:39
İsmayıllıda 61 yaşlı kişi arı sancması nəticəsində ölüb
Hadisə10:37
Azərbaycanda gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb
Biznes10:19
"Mançester Siti"nin sabiq hücumçusu Şotlandiya klubuna transfer olunub
Futbol10:16
Sumqayıtda 3 min 800 abonentin qazı kəsiləcək
Energetika10:14
ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Hadisə10:12
Kim Çen In: Şimali Koreya və Rusiya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir
Digər ölkələr10:09
Politoloq: Ermənistanla diplomatik əlaqələrin qurulması Pakistanın regiona marağını vurğulayır
Xarici siyasət10:06
Azərbaycanda I yarımildə dövlət sifarişi ilə 58 milyon manatlıq ərzaq alınıb
ASK09:56