Yaponiyanın yeni vəliəhdinin şərəfinə keçiriləcək mərasimin vaxtı açıqlanıb
Digər ölkələr
- 08 oktyabr, 2020
- 06:40
Yaponiya hökuməti şahzadə Akisinonun taxt-tacın varisi kimi elan olunması ilə bağlı mərasimin noyabrın ortalarında keçirilməsinə qərar verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
“Rikkosi no rey” adlanan tədbirlərin əvvəlcə aprelin ikinci yarısında keçirilməsi planlaşdırılırdı. Ancaq koronavirus pandemiyası və kütləvi tədbirlərin təşkilində məhdudiyyətlər olduğu üçün onu təxirə salıblar.
Əlli dörd yaşlı şahzadə Akisino Yaponiyanın yeni imperatoru Naruhitonun kiçik qardaşıdır. Naruhito atası, artıq keçmiş imperator olan Akihitonun 2019-cu il mayın 1-də könüllü olaraq səlahiyyətlərini təhvil verməsindən sonra taxt-tacın sahibi olub.
Son xəbərlər
17:49
Litva Prezidenti Belarusla sərhədi bağlamağı təklif edir
Digər ölkələr17:45
Putin orduda "Burevestnik"in raketi üçün infrastrukturun hazırlanmasını tapşırıb
Region17:34
Mahmud Abbas seçkilərədək Fələstinə rəhbərlik edəcək şəxsi müəyyənləşdirib
Digər ölkələr17:32
İran Suriya ilə münasibətləri bərpa etmək istəyir
Region17:23
Avropa Atletika Assosiasiyası ilin ən yaxşılarının adlarını açıqlayıb
Fərdi17:23
Rusiya öz mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitini təşkil edir
Region17:19
Britaniyanın Baş naziri Türkiyəyə gedir
Region17:13
ABŞ-də atışma zamanı bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr17:10