Yaponiyanın baş naziri istefa verəcəyini təsdiqləyib - YENİLƏNİB
- 07 sentyabr, 2025
- 13:24

Yaponiyanın baş naziri Siqeru İsiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri vəzifəsindən istefa verəcəyini təsdiqləyib.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
"Mən LDP sədri vəzifəsindən istefa vermək qərarına gəldim", - deyə o bildirib.
Nəticədə o, hökumət başçısı vəzifəsini də tərk edəcək.
Yaponiyanın baş naziri Siqeru İsiba istefa vermək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə NHK telekanalı məlumat yayıb.
Xəbər verildiyi kimi, o, rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında (LDP) parçalanmanın qarşısını almaq üçün bu qərarı verib.
Bazar ertəsi partiya sədrinə növbədənkənar seçkilərin keçirilməsi məsələsi ilə bağlı bütün hazırkı LDP deputatları və rayon partiya təşkilatlarının nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə yekun vurulmalı idi.
İyulda keçirilən parlament seçkilərindəki uğursuzluqdan sonra partiyada bir çox insan İşibanın istefasını tələb edib.