Yaponiyada təyyarə təcili eniş edib, xəsarət alanlar var
Digər ölkələr
- 13 sentyabr, 2025
- 05:46

Tokio yaxınlığındakı Narita hava limanından Filippinə uçan United Airlines-a məxsus təyyarə Yaponiyanın Kansai hava limanında məcburi eniş edib.
"Report" NHK telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində beş nəfər yüngül xəsarət alıb.
Belə ki, təyyarə 10 000 m yüksəklikdə, Vakayama prefekturasının sahilindən 200 km aralıda olub və yük anbarında mümkün yanğın xəbərdarlığı siqnalı işə düşüb.
Ekipaj Kansai hava limanına təcili eniş etmək qərarına gəlib. Enişdən sonra sərnişinlər şişmə traplar vasitəsilə təxliyə edilib.
Nəticədə 5 nəfər yüngül bədən xəsarətləri alıb. Yanğın isə qeydə alınmayıb. Uçuş-enmə zolaqları bir neçə saat bağlanıb, lakin sonra hava limanı tam fəaliyyətini bərpa edib.
Son xəbərlər
07:17
Vuçiç: Serbiyanın dağılmasına bir neçə ölkənin məxfi xidmətləri 4 milyard dollar xərcləyib
Digər ölkələr06:45
Tramp ABŞ-dəki etirazların Sorosun təşkil etdiyini düşünür
Digər ölkələr06:20
Argentina Folklenddə neft hasilatına qarşı tədbir görəcəyi ilə hədələyib
Digər ölkələr05:46
Yaponiyada təyyarə təcili eniş edib, xəsarət alanlar var
Digər ölkələr05:23
ABŞ G7 ölkələrini Rusiyanın neft alıcılarına rüsumlar tətbiq etməyə çağırıb
Digər ölkələr04:40
KİV: "Mossad" Qətərdə "HƏMAS" liderlərini öldürmək əməliyyatından imtina edib
Digər ölkələr04:07
Daşkəsəndə evdə yanğın olub
Hadisə03:47
ABŞ rəsmiləri Kirkin qatilinin təkbaşına hərəkət etdiyini düşünür
Digər ölkələr03:12