ABŞ G7 ölkələrini Rusiyanın neft alıcılarına rüsumlar tətbiq etməyə çağırıb
Digər ölkələr
- 13 sentyabr, 2025
- 05:23

ABŞ administrasiyası digər G7 ölkələrinin nümayəndələrinə Rusiya neftini alan dövlətlərə tariflər tətbiq etməli olduqlarını bildirib.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsinin ofisinin dərc etdiyi birgə məlumatda deyilir.
Vurğulanıb ki, G7 dövlətlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) nümayəndələri ilə əvvəlki məsləhətləşmələrdə ABŞ maliyyə naziri Skott Bessent ABŞ prezidenti Donald Trampın çağırışını təkrarlayıb.
Nazir bildirib ki, əgər G7 ölkələri həqiqətən də Rusiya-Ukrayna müharibəsinə son qoymağa sadiqdirlərsə, Rusiyadan neft alan ölkələrə rüsum tətbiq etməkdə ABŞ-a qoşulmalıdırlar.
Son xəbərlər
07:17
Vuçiç: Serbiyanın dağılmasına bir neçə ölkənin məxfi xidmətləri 4 milyard dollar xərcləyib
Digər ölkələr06:45
Tramp ABŞ-dəki etirazların Sorosun təşkil etdiyini düşünür
Digər ölkələr06:20
Argentina Folklenddə neft hasilatına qarşı tədbir görəcəyi ilə hədələyib
Digər ölkələr05:46
Yaponiyada təyyarə təcili eniş edib, xəsarət alanlar var
Digər ölkələr05:23
ABŞ G7 ölkələrini Rusiyanın neft alıcılarına rüsumlar tətbiq etməyə çağırıb
Digər ölkələr04:40
KİV: "Mossad" Qətərdə "HƏMAS" liderlərini öldürmək əməliyyatından imtina edib
Digər ölkələr04:07
Daşkəsəndə evdə yanğın olub
Hadisə03:47
ABŞ rəsmiləri Kirkin qatilinin təkbaşına hərəkət etdiyini düşünür
Digər ölkələr03:12