WSJ: Rubio Vaşinqtonun Ukrayna planını Aİ rəsmiləri ilə müzakirə edəcək

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 21:34
WSJ: Rubio Vaşinqtonun Ukrayna planını Aİ rəsmiləri ilə müzakirə edəcək

ABŞ Dövlət katibi Marko Rubio noyabrın 21-də Avropa rəsmiləri ilə Ukraynada müharibənin sülh yolu ilə başa çatdırılmasına dair Amerikanın yeni planını müzakirə etməyi nəzərdə tutur.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məlumata görə, həm də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi olan Rubio Avropa ölkələrinin milli təhlükəsizlikdən məsul yüksək vəzifəli nümayəndələri ilə görüş keçirəcək.

Nəşr qeyd edib ki, bir neçə yüksək vəzifəli Avropa diplomatı Ukrayna böhranının həlli ilə bağlı istənilən planlara dair narahatlıqlarını ifadə etmək imkanı veriləcəyinə ümid etdiklərini bildiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti