"Wizz Air" İsrailə uçuşları yenidən dayandırır

Digər ölkələr
  • 14 aprel, 2026
  • 10:45
Wizz Air İsrailə uçuşları yenidən dayandırır

Macarıstanın "Wizz Air" aviaşirkəti İsrailə uçuşları dayandırır.

"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Portalın məlumatına görə, uçuşların dayandırılması aprelin 25-dən Təl-Əviv reyslərinə bilet satışının mərhələli şəkildə bərpa ediləcəyi barədə məlumat açıqlandıqdan dörd gün sonra elan edilib.

Qeyd olunur ki, uçuşlar mayın 4-dək dayandırılıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.