"Al Mayadeen": ABŞ Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb

Region
  • 13 iyul, 2026
  • 03:41
Al Mayadeen: ABŞ Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb

ABŞ ordusu İranda strateji hesab edilən Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb.

"Report" xəbər verir ki, bu barədə mərkəzi Beyrutda (Livanın paytaxtı) olan "Al Mayadeen" telekanalının Tehrandakı müxbiri məlumat yayıb.

"Buşehr vilayəti də hücuma məruz qalılb", - müxbir bildirib və əlavə edib ki, ABŞ təkcə hərbi obyektləri hədəf almır, zərbələr həm də iqtisadi bölgələrə yönəlib.

Onun sözlərinə görə, ABŞ-nin hücumlarına məruz qalan Çabahar limanı İran üçün əsasdır və son vaxtlar ikiqat əhəmiyyət kəsb edib:

"Çabahar limanının Pakistan və Çinlə ticarət əlaqələrində strateji rolu var".

Bununla yanaşı, ABŞ-nin Hörmüz boğazı və Oman dənizi sahillərində yerləşən Hörmüzqan əyalətindəki rabitə obyektlərini hədəf aldığı da bildirilib.