İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb

Digər ölkələr
  • 13 iyul, 2026
  • 02:34
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb

İsrail Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS hərəkatının hərbi obyektinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Ordusu sektorun şimalındakı Qəzza şəhəri ərazisində HƏMAS-ın silah istehsalı obyektinə zərbə endirib və onu dağıdıb", - məlumatda qeyd olunub.

Məlumata görə, HƏMAS hərbi potensialını bərpa etməyə cəhd göstərərək, atəşkəs razılaşmasını pozub. Mətbuat xidmətindən əlavə ediblər ki, zərbə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı terror aktının hazırlandığı vaxt endirilib.

"Zərbə endirilməzdən əvvəl mülki əhaliyə dəyəcək zərərin azaldılması üçün addımlar atılıb, o cümlədən yüksəkdəqiqlikli sursatlardan istifadə olunub və havadan müşahidə aparılıb", - paylaşımda qeyd edilib.