Venesuela ABŞ ilə gərginlik fonunda BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Digər ölkələr
  • 18 dekabr, 2025
  • 04:31
Venesuela ABŞ ilə gərginlik fonunda BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Venesuela ABŞ-nin davam edən aqressiyası səbəbindən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

"Report"un xəbərinə görə, bu barədə "Reuters" respublikanın məktubuna istinadən məlumat yayıb.

Beynəlxalq təşkilatın nümayəndəsi iclasın 23 dekabr çərşənbə axşamı keçirilə biləcəyini bildirib.

Qeyd edək ki, dekabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyi Venesueladan qurumun Karib dənizindəki vəziyyətlə bağlı təcili iclasının keçirilməsi ilə bağlı sorğu aldığını təsdiqləyib. Təhlükəsizlik Şurasının sədri məsələ ilə bağlı TŞ üzvləri ilə məsləhətləşmələr aparır.

Son xəbərlər

Bütün Xəbər Lenti